İş yerini itirənlərə sosial müavinətlər verilsin » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

İş yerini itirənlərə sosial müavinətlər verilsin

İş yerini itirənlərə sosial müavinətlər verilsin


“Ünvanlı sosial yardımların verilməsində neqativ hallar var”.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, bir vaxtlar ünvanlı sosial yardım verilən şəxslərin siyahısının internetdə yerləşdirilməsi barədə məsələ qaldırılıb: “Amma bu məsələ reallaşmadı. Bir çox qurumda şəffaf kadrların yerləşməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan kimi olsun.

Həqiqətən, Səlim Müslümov bu quruma rəhbər gətiriləndən sonra burada müsbətə doğru ciddi addımlar atıldı, şəffaflıq gücləndirildi.

Amma ümumi baxsaq, hər yerdə 100 faiz şəffaflıq mümkündürmü? Biz ünvanlı sosial yardımı kəsməklə şəffaflıq əldə edəcəyikmi? Əksinə, ciddi narazılıqlar yaranar.

Təklif edirəm ki, ehtiyac meyarının minimumu yaşayış minimuma çatdırılsın, heç olmasa, 135 manat olsun.

Rayonlarda sosial problemli ailələr çoxdur, rayonlarda, kəndlərdə mağazalarda nisyə dəftərlərinin qalınlığı buna sübutdur.

Hazırda iş yerlərini itirən insanlara sosial müavinətlər verməliyik ki, cəmiyyətdə ciddi gərginlik yaranmasın”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *