Ünvanlı sosial yardımın məbləği artırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ünvanlı sosial yardımın məbləği artırılacaq

Ünvanlı sosial yardımın məbləği artırılacaq

Gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Gələn il Azərbaycanda ehtiyac meyarının isə 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Bununla bağlı “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dəyişiklik Milli Məclisə daxil olub.

Qeyd edək ki, əvvəlcə gələn il üçün ehtiyac meyarının builki səviyyədə, yəni, 105 manat səviyyəsində saxlanılması nəzərdə tutulurdu.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *