Səhiyyə Nazirliyindən əhalini təşvişə salan “WhatsApp” mesajıyla bağlı – AÇIQLAMA
“Whatsapp” “Paracetamol 500” preparat ilə bağlı səs yazısı yayılıb.
“Bizimyol.info” xəbər verir ki, səs yazısında naməlum şəxs bu preparatdan istifadə edənin 5 gün ərzində özünü yaxşı hiss etdiyini bildirib: “5 gündən sonra bu preaparat insanı öldürür”.
Məsələ ilə bağlı bizimyol.info-nun sorğusuna cavab verən Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova bildirib ki, Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb: “İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol –QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet). Qeyd etdiyim “Paracetamol 500mg” tərkibli dərman vasitələrindən Analitik Ekspertiza Mərkəzinə şikayət daxil olmayıb”.
Mənbə:> Bizimyol.info