Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi dərman idxalçılarına xəbərdarlıq etdi


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin qablaşdırmasının türk dilində olmasına icazə verilməsi ilə bağlı dərman vasitəsi idxalçılarına və xarici istehsalçı şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.

Aznews.info APA-ya istinadən xəbər verir ki, xəbərdarlıqda bildirilib ki, Nazirlər Kabinetinin 16 dekabr 2016-cı il tarixli 513 nömrəli qərarı ilə “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na dəyişiklik edilərək dərman vasitəsinin qablaşdırmasının Azərbaycan, rus və ingilis dillərindən başqa, həm də türk dilində olmasına icazə verilib.

Qeyd olunub ki, türk dilində qablaşdırmaları olan dərman vasitələrini idxal edə bilmək üçün istehsalçı tərəfindən həmin qablaşdırmalar Azərbaycan Respublikasında “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”nın 8 nömrəli Əlavəsinə uyğun olaraq qeydiyyata salınmalı və təsdiq edilməlidir, həmçinin istifadə təlimatının Azərbaycan dilində olması mütləqdir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *