Dərman idxalında "bir pəncərə" sistemi yaradıldı » AzNews.info -Xəbər portalı

Dərman idxalında "bir pəncərə" sistemi yaradıldı – YENİ XİDMƏT

Dərman idxalında "bir pəncərə" sistemi yaradıldı


Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzdində yeni xidmət yaradılıb.

ATV.az-ın məlumatına görə, sahibkar və vətəndaşlarla iş üzrə yaradılan yeni xidmət, müraciətlərə baxılmasını sadələşdirmək məqsədilə edilib. Belə ki, yaradılan "bir pəncərə" sistemi vasitəsilə ölkəyə idxal olunan dərman vasitəsələri ilə bağlı sənədlərin qəbulu və icazələrin təqdim edilməsi, eləcə də şikayət və sorğunun araşdırılmasını asanlaşdıracaq.

Dərman vasitələri və tibbi avadanlıqlarla bağlı idxal və qeydiyyat sənədləri həmin xidmət vasitəsilə həyata keçiriləcək. Analitik ekspertiza mərkəzinin nümayəndəsi İsa Əliyev bildirib ki, bu xidmət vasitəsilə vətəndaş və sahibkarlar müraciətlərini "bir pəncərə" vasitəsilə təqdim edəcəklər. Həmin müraciətlər elektron qaydada qeydə alınandan sonra mərkəzin müvafiq şöbələri arasında tam şəkildə aidiatı üzrə bölüşdürüləcək.

Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *