Bakıda Leyla Əliyevanın təşəbbüsünə dəstək verən sakinlərə hansı şirkət hücum çəkdi… » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda Leyla Əliyevanın təşəbbüsünə dəstək verən sakinlərə hansı şirkət hücum çəkdi…

Bakıda Leyla Əliyevanın təşəbbüsünə dəstək verən sakinlərə hansı şirkət hücum çəkdi…

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisi, Əlisgəndər İsgəndərov küçəsində (Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığı) yerləşən 5 mərtəbəli kooperativ yaşayış binalarının həyətinin bina tikintisi üçün gizlicə satıldığı üzə çıxıb.

virtualaz.org həmin ünvanda sakinlərin on illərlə bundan əvvəl saldığı meyvə bağlarının ötən ilin aprelində Nəsimi rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən “ərazinin abadlaşdırılması və park salınması” adı altında məhv edildiyi barədə bundan əvvəl yazmışdı. Sakinlər narahat idi ki, əslində binaların həyətini park salmaq üçün yox, çoxmərtəbəli binanın tikintisi üçün boşaldırlar və İcra Hakimiyyəti həyəti hansısa MTK-ya gizlicə satıb. O vaxt sakinlərin məsələni mətbuata çıxarmasından sonra işlər dayandırıldı və ağacların bir hissəsini qorumaq mümkün oldu.

Bakıda Leyla Əliyevanın təşəbbüsünə dəstək verən sakinlərə hansı şirkət hücum çəkdi…


Lakin virtualaz.org xəbər verir ki, sakinlərin bu narahatlıqlarının boşuna yaranmadığı üzə çıxıb. Həmin həyət “EDiF” MTK adlı hansısa şirkətə çoxmərtəbəli bina tikintisi üçün gizlicə satılıb və şirkət həyətə tikinti materialları töküb. Sakinlər bu dəfə başqa taktikaya əl atıblar-öz vəsaitləri hesabına ağaclar alıblar və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin “Bizim həyət” layihəsinə dəstək olaraq həyətdə yaşıllaşdıma işlərinə başlayıblar.

Sakinlərin bildirdiyinə görə, onlar öz vəsaitləri hesabına 120 ədəd ağac alaraq, yanvarın 13-də və 14-də ərazidə ağacəkmə aksiyası keçiriblər. Aksiyada ümumilikdə 30-a yaxın sakin iştirak edib. Lakin bir müddət sonra ərazidə tikinti aparan "EDiF" MTK-nın nümayəndəsi və polis əməkdaşları gələrək, sakinlərə mane olublar.

Onlar bildiriblər ki, bu ərazi artıq MTK-nın əmlakıdır və sakinlərin burada nəyəsə toxunması, ağac əkməsi qanun pozuntusudur. MTK- nümayəndəsi tələb edib ki, bu gün əkilən ağaclar çıxarılsın.

Bakıda Leyla Əliyevanın təşəbbüsünə dəstək verən sakinlərə hansı şirkət hücum çəkdi…


"Siz bizim qanuni ərazimizdə ağac əkməklə hüququmuzu pozursunuz. Burada ağac əkmək olmaz. Bu yer bizə məxsusdur”-MTK nümayəndəsi bildirib. Sakinlər isə bununla razılaşmayıblar. Onlar bildiriblər ki, hüququ pozulan MTK deyil, sakinlərdir. Sakinlər xəbərdarlıq ediblər ki, əkdikləri ağaclar çıxarılsa etiraz üçün Prezident Adminstrasiyasının qarşısına toplaşacaqlar.

“Prezident İlham Əliyev Bakıda yaşıllıqların məhv edilməsinin yolverilməzliyi barədə dəfələrlə sərt çıxışlar edib, məmurları buna görə cəzalandırıb. Prezidentin qızı Azərbaycanda və dünyada ətraf mühitin mühafizəsi yolunda çalışır, layihələr həyata keçirir. Leyla Əliyevanın irəli sürdüyü “Bizim həyət” layihəsi də bunlardan biridir, bu gözəl təşəbbüs Bakıda yaşayış binalarının həyətlərində yaşıllıq sahələrinin yaradılmasını nəzərdə tutur. Biz də sakinlər olaraq bu layihəyə dəstək veririk, həyətimizdə məmurların aldatma yolu ilə məhv etdikləri yaşıllığı bərpa edirik. İndi hansısa məmur cibini doldurmaq üçün bu həyəti tikinti şirkətinə satıb və bizim əkdiyimiz ağacları çıxarmaqla hədələyir”-sakinlərin müraciətində deyilir.

Bakıda Leyla Əliyevanın təşəbbüsünə dəstək verən sakinlərə hansı şirkət hücum çəkdi…


Ağacəkmə aksiyası zamanı sakinlərlə MTK nümayəndəsi arasında 1 saata yaxın mübahisə gedib. Hələlik əkilən ağaclar çıxarılmayıb. Lakin sakinlər narahatdır ki, bir neçə gün sonra gecə saatlarında MTK nümayəndələri gəlib, əkilən ağacları çıxaracaqlar. Sakinlər bildiriblər ki, onlar həyətlərini qorumaqda iddialıdırlar və bütün lazımı yerlərə də müraciət edəcəklər.

Sakinərin sözlərinə görə, həyətdə Nigar Rəfibəyli adına uşaq kitabxanası var və tikinti şirkəti həmin kitabxananı da sökür.

Qeyd edək ki, virtualaz.org həmin ünvanda ağacların kəsilməsi və ərazinin bina tikintisi üçün satılması barədə Nəsimi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edib. İcra Hakimiyyətindən bildirmişdilər ki, həmin binaların birinci mərtəbələrində yaşayan sakinlər həyəti “qanunsuz zəbt edərək ağaclar əkib”. İndi isə İcra Hakimiyyəti həmin ərazidə səliqə-səhman yaradır, gediş-gəlişə mane olan ağac budaqları kəsilir, abadlıq işləri aparılır. “Ağacların kəsilməsindən və həyətdə bina tikinisindən söhbət gedə bilməz”-İcra Hakimiyyətindən bildirmişdilər.

Bakıda Leyla Əliyevanın təşəbbüsünə dəstək verən sakinlərə hansı şirkət hücum çəkdi…


Lakin fakt ortadadır, ərazinin hansı MTK-ya satıldığı da artıq üzə çıxıb və şirkət əraziyə tikinti materialları gətirib. Tikinti üçün sərəncamı isə yəqin ki, Bakı şəhər İcra Hakimiyyəti verib. Bu, Bakıda son vaxtlar geniş yayılmış praktikadır. Şəhərdə satmağa boş ərazi qalmadığından məmurlar yaşayış binalarının həyətlərini, parkları, yaşıllıq zonalarını, hətta yolun ortasını müxtəlif tikinti şirkətlərinə satır, yaxud özlərinə yaxın şirkətlərin əliylə belə yerlərdə binalar tikir. Sakinləri isə hər dəfə “abadlıq işləri aparılır” adı ilə aldadırlar. Dövlət məmurları, İcra Hakimiyyəti tərəfindən geniş tətbiq edilən bu cür rəsmi dələduzluq əməlini dayandıran olacaqmı?

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *