“Xəlil Rzanı təhqir etməklə Kəramət tarixinə tüpürərək irəli getmək istəyib” » AzNews.info -Xəbər portalı

“Xəlil Rzanı təhqir etməklə Kəramət tarixinə tüpürərək irəli getmək istəyib”

“Xəlil Rzanı təhqir etməklə Kəramət tarixinə tüpürərək irəli getmək istəyib”

Dünən gənc yazar Kəramət Böyükçol sosial şəbəkədə yazdığı bir statusla Azərbaycan cəmiyyətinin narazılığına səbəb olub. Kəramət bu fikirləri paylaşıb:”Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onun barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi də doğru deyil. Hər halda mübarizəsi var idisə də, bu istedadsızlığından irəli gəlirdi. Necə? Məsələn, Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin var? Xəlil Rza KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurduğunu anlamırdı. Əksinə, KQB-yə xidmət edib gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bu necə ziyalıdır ki, başqa bir millətə az qala var-yox söyüşü söyürdü.Harda gördün erməni, vur başına gülləni. Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam görmür ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxılacaq. Necə ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu”.

“Xəlil Rzanı təhqir etməklə Kəramət tarixinə tüpürərək irəli getmək istəyib”


Xəlil Rza Ulutürkün bacısı oğlu , tanınmış aktyor Kamran Yunis Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, bu gənc yazar aktyorlar, müğənnilər kimi ucuz reklam yoluna əl atıb reytinq yığmaq istəyib. “Xəlil Rza Ulusoy haqqında danışan adam gərək ən az vətən üçün onun qədər iş görmüş olsun, şəhid vermiş olsun. Kəramət bilməlidir ki, tarixinə tüpürməklə irəli getmək olmaz”,- deyə aktyor qeyd edib.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *