46 saylı avtobus fəlakətə “gəl-gəl” deyir
Bu gün səhər saat 9 radələrində Əhmədli metrostansiyasından 28 May Metrostansiyası istiqamətində hərəkət edən 10 TG 756 dövlət nömrə nişanlı sərnişin avtobusu qəzalı vəziyyətdə sərnişin daşımaqda davam edib. Belə ki, avtobusun təkəri tüstüləsə və yansa da, o fəaliyyətini dayandırmayıb.
Avtobusun təkəri bütün yol boyu tüstüləməsinə və yanıq iyi verməsinə baxmayaraq sürücü sərnişinlərin dəfələrlə etdiyi xəbərdalığı nəzərə almadı və avtomobili dayandırmadı. Ağzına qədər sərnişinlə dolu olan avtobus demək olar ki, bütün yolu yanı üstə hərəkət etdi və yanan ön təkər tərəfə əyilmiş vəziyyətdə idi.
46 saylı avtobus hər zaman keyfiyyətsiz xidməti ilə sərnişinlərin narazılığıan səbəb olur. ” Hər gün dezinfeksiya edilir” xəbərdarlığına baxmayaraq bu avtobuslarda təmizliyə qətiyyən riayət edilmir, üstəlik də bu cür təhlükləi hallara yol verilir.
Bir həftə ərzində şəhərətrafı sərnişin daşıyan marşrut xətlərində baş vermiş faciələr deyəsən daşıyıcıları heç də narahat etməyib.
Bakı Dövlət Nəqliyyat Agentliyi yəqin ki, daha bir fəlakət baş vermədən 20 qəpiyə görə insan həyatını heçə sayan 46 saylı marşrut xəttinin daşıyıcısına ciddi xəbərdarlıq edər.
Mənbə:> Bizimyol.info