Zığda keçmiş dustağın dərəyə aşırdığı avtobusa görə xətt məmurdan alındı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Zığda keçmiş dustağın dərəyə aşırdığı avtobusa görə xətt məmurdan alındı

Zığda keçmiş dustağın dərəyə aşırdığı avtobusa görə xətt məmurdan alındı

Bakı Nəqliyyat Agentliyi ötən şənbə günü Zığ şossesində 175 saylı xətt üzrə hərəkət edən avtobusun sürücülük vəsiqəsi olmayan və ağır cinayət əməlinə görə məhkum edilmiş şəxs tərəfindən dərəyə aşırılmasına görə həmin xətti sahibindən alıb. Agentliyin virtualaz.org saytına göndərdiyi açıqlamada bildirilir ki, həmin xətt bundan sonra “BakuBus” MMC sərnişindaşıma şirkətinin sərəncamında olacaq.

“Bu il yanvarın 6-da xeyli sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Sərnişinlərin təhlükəsizliyinə hər zaman önəm verən Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırda marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib”-açıqlamada bildirilir.

BNA elan edir ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Artıq bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən “28 may” metro stansiyasına qədər hərəkət edəcək. "175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq", - məlumatda qeyd edilib.

Zığda keçmiş dustağın dərəyə aşırdığı avtobusa görə xətt məmurdan alındı


Xatırladaq ki, bu dəhşətli qəzada 20 sərnişin xəsarət alıb, xoşbəxtlikdən sərnişinlər arasında ölən olmayıb. Sürücü hadisə yerindən qaçsa da daha sonra tutulub. Məlum olub ki, hadisə yerindən qaçan 29 yaşlı sürücü Kamran Ağayevin heç sürücülük vəsiqəsi yoxdur. Üstəlikonun 5 il əvvəl soyğunçuluq kimi ağır cinayət əməlinə görə məhkum edildiyi ortaya çıxıb. Bu şəxs Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunub, həmin maddə təkrar və qrup halında, zor tətbiq edilməklə törədilən soyğunçuluq əməlinə görə 4 ildən 8 ilədən azadlıqdan məhrumetməni nəzərdə tutur. Avtobus sükanı arxasına keçən cinayətkarın həmin əmələ görə neçə il cəza aldığı məlum deyil, ancaq ehtimal edilir ki, o həbsxana darvazalarından elə bu yaxınlarda çölə çıxıbmış.

Necə olub ki, belə bir şəxsə yüzlərlə insanın həyatı etibar edilib? Əslində bu məsələdə insanların həyatını cinayətkara etibar edən marşrut sahibi də birbaşa məsuliyyət daşıyır.

Araşdırma zamanı məlum oldu ki, 175 saylı marşrut xəttinin daşıyıcısı bir neçə ay öncə Bakı Nəqliyyat Agentliyi tərəfindən dəyişdirilib. Avtobusların texniki cəhətdən istismara yararsız olması, sürücülərin heç bir qayda-qanuna əməl etməməsi, avtobusun salonunun natəmizliyi və digər səbəblərdən sərnişinlərin ciddi narazılığı əsasında xətt yeni daşıyıcıya həvalə olunub. Yeni daşıyıcı isə Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur. O, özünə məxsus olan marşrut xəttini Nəriman Süleymanov adlı şəxsə icarəyə verib. Babək Aslanov mövqe.az saytına xəttin sahibi olduğunu təsdiqləyib.

Zığda keçmiş dustağın dərəyə aşırdığı avtobusa görə xətt məmurdan alındı


Virtualaz.org bundan əvvəl də dəfələrlə Bakının sərnişindaşıma sahəsindəki acınacaqlı vəziyyətlə bağlı araşdırma aparıb. Əvvəllər məhkum olunmuş, insan ölümü ilə nəticələnən qəzalar, soyğunçuluq, qətta qətl kimi ağır cinayətlər törətmiş şəxslərin həbsxana qapılarından çıxan kimi sərnişin avtobuslarının sükanı arxasına keçib sürücülük vəsiqəsi olmadan sərnişin daşımasından, avtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının kobud pozulmasından yazıb. Təəsüf ki, bu cür hallar az qala hər gün insan ölümlərinə səbəb olur. Ötən ilin mart ayında Bakı-Sumqayıt yolunda qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan “Ford” sürücüsünün səhlənkarlığı nəticəsində 5 tələbə dünyasını dəyişdi, 21 nəfər isə xəsarət aldı. Sonradan məlum oldu ki, həmin sürücü 2012-ci ildən mart ayınadək 61 dəfə cərimə olunub. Təkcə 2016-cı ildə 24 dəfə cərimələnib.

Bütün faktlar bu sahədə çox böyük boşluqların olduğunu, nəqliyyat sahəsinin nəzarətdən kənarda qaldığını göstərir. Araşdırma zamanı məlum olur ki, daşıyıcılara birbaşa nəzarəti Bakı Nəqliyyat Agentliyi həyata keçirsə də, qayda pozan sürücülərə qarşı hər hansı cəza tədbirinin görülməsi bu qurumun səlahiyyətində deyil.

Yol hərkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, avtobus qəzaları, insan ölümü ilə nəticələnən hadisələrin çoxluğu 20-30 ildir ki nəqliyyat sahəsində yığılıb qalmış problemlərin nəticəsidir. Ekspertin sözlərinə görə, nəzarət normal olsa, sürücü bazası olsa, himayədarlıq, kiməsə güzəşt kimi hallara yol verilməsə, qanunun bütün tələblərinə ciddi riayət olunsa, belə hallar baş verməz.

Zığda keçmiş dustağın dərəyə aşırdığı avtobusa görə xətt məmurdan alındı


Ekspert deyir ki, belə hallara səbəb olan sahibkarlar özləri də cəzalandırmalıdır. “Belə məlumatlar gəlir ki, sürücü qarajdan avtobusu özü çıxarıb, sonra başqa sürücüyə verib. Belə olan hallarda hamısı məsuliyyət daşıyır. Ən azı bunu düşünməlidirlər ki, bunun axırı hara gedir? Qanuna biganə münasibət var, məsuliyyət də göz qabağındadır. BNA belə şəxsləri heç inzibati tənbeh də edə bilmir. Onların heç bir səlahiyyətləri yoxdur. Səlahiyyətlərin hamısı polisə aiddir. Onlar vaxtaşırı belə informasiyaları təhlil edib daşıyıcının fəaliyyətinə yenidən baxa bilərlər. Yəni onların heç cərimə etmək səlahiyyəti də yoxdur”, - deyə Ə. Hüseynov bildirir.

Ekspert deyir ki, ancaq BNA-nın təlim keçdiyi sürücülər işə götürülsə, çox müsbət nəticə əldə etmək olar: “BNA avqust ayından sürücülər üçün təlimlər təşkil edir. Qısamüddətli təlimlə hamı peşəkar sürücü olmur. Ancaq BNA-nın təlim keçdiyi sürücülər işə götürülsə, çox əla olar. Dərd olur ki, sonuncu qəzada avtobusu idarə edənin heç sürücülük vəsiqəsi yox idi. Təlimi D və ya E kateqoriyası olan sürücülərə keçirlər ki, bir az da peşəkarlaşsın, avtobusu idarəetmənin incəliklərini bilsin. Sürücülük hüququ yoxdursa, o heç təlimə gedə bilməz, problem bundadır".

Ərşad Hüseynovun fikrincə sahibklarlar, DYP, BNA, digər qurumlar, hətta Məşğulluq Xidməti, Təhsil Nazirliyi problemlə kompleks məşğul olmalıdır. Çünki 20 ildir ki, bu problem davam edir. "

"İndi hamı Bakıda tıxacdan şikayətlənir. Reallıqda Bakıda bu qədər tıxac olmamalıdır. Çünki bizdə dünyanın böyük şəhərlərində olduğu qədər avtomobil yoxdur. Bunun səbəbi isə insanların ictimai nəqliyyata etibar etməməməsidir. Məktəbdə olan 300 şagirdin 200-ü bu səbəbdən fərdi nəqliyyat vasitəsilə məktəbə gəlir. Avtobusa da belə hallara görə etibar eləmirlər”, - deyə ekspert bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *