"BakuBus"-un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto, Foto, Video

"BakuBus"-un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək – VİDEO+FOTO

"BakuBus"-un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək


“Bakubus” ilk marşrut xəttini istifadəyə verəcək.

ANS PRESS-in Bakubus MMC-nin rəsmi “Facebook” səhifəsinə istinadla verdiyi məlumata görə, bu marşrut xətti sentyabrın 7-dən etibarən sərnişinlərə xidmət göstərəcək.

İlk 1 nömrəli marşrut xətti 28 MAY m/st – KOROĞLU m/st istiqaməti üzrə hərəkət edəcək.

Yeni marşrut xəttində gediş haqqı 0.20 AZN olacaq. Sərnişinlərin sıxlıq təşkil edəcəyi dayanacaqlarda BakuKart terminalı olacaq.

"BakuBus"-un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək
Sərnişinlərə xidmət göstərəcək “Bakubus” avtobusları


BakuBus bu il iyunun 10-dan etibarən Hava Limanı-28 May metrostansiyası və əks istiqamət üzrə "EKSPRESS XƏTT"ini istifadəyə verib. Bu xətt üzrə işləyən marşrutlarda gediş haqqı 1,50 AZN təşkil edir. Ödəniş kart sistemi ilə həyata keçirilir.

Avtobuslar 28 May metrostansiyası çıxışındakı dayanacaqlarda 30 dəqiqə intervalla 24 saat sərnişinlərə xidmət göstərir.

"BakuBus"-un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək
Avtobusun hərəkət edəcəyi marşrut xətti


"BakuBus" MMC Azərbaycan Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımalarının yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub.

Bu avtobuslar ölkəyə ilk olaraq Avropa Oyunları üçün gətirilib. İlham Əliyev avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.

"BakuBus"-un ilk avtobusu bu xətt üzrə hərəkət edəcək
Prezident İlham Əliyev "BakuBus"-un deposu və təlim mərkəzinin açılışında


“Bakubus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “İveco Crealis” və 151 “İveco Urbanway” markalı avtobuslarla təchiz olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *