Soyğunçuluğa görə tutulmuş məhkum sükan arxasında və... avtobus Zığda dərəyə necə aşdı Redaksiyadan. » AzNews.info -Xəbər portalı

Soyğunçuluğa görə tutulmuş məhkum sükan arxasında və... avtobus Zığda dərəyə necə aşdı Redaksiyadan.

Soyğunçuluğa görə tutulmuş məhkum sükan arxasında və... avtobus Zığda dərəyə necə aşdı Redaksiyadan.


Xatırladaq ki, bu gün Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu qəza barədə rəsmi məlumat yayıb. Məlumatda göstərilirdi ki, Xətai rayonu ərazisində Zığ şossesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı, "99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu idarəetməni itirərək yoldan kənara çıxıb dərəyə aşıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi, eləcə də sərnişinlərin daşınması və təhlükəsizliyi ilə əlaqədar mövcud qanunvericiliyin tələblərinin pozulması hallarına yol vermiş şəxlərin dairəsinin müəyyənləşdirilməklə məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

virtualaz.org bundan əvvəl dəfələrlə Bakının sərnişindaşıma sahəsindəki acınacaqlı vəziyyətdən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin həbsxana qapılarından çıxan kimi sərnişin avtobuslarının sükanı arxasına keçib sürücülük vəsiqəsi olmadan sərnişin daşımasından, avtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının kobud pozulmasından yazıb. Təəsüf ki, bu cür hallar az qala hər gün insan ölümlərinə səbəb olur. İndiki halda 20 nəfərin yaralanması ilə nəticələnən qəzaya görə nəinki cəmi 5 il əvvəl soyğunçuluq kimi ağır cinayət əməlinə görə həbs edilmiş və hansı şəraitdə azadlığa çıxdığı məlum olmayan, sürücülük vəsiqəsi olmadan avtobus sürən həmin şəxslə yanaşı 175 saylı marşrutun sahibi də birbaşa məsuliyyət daşıyır. Və hüquq-mühafizə orqanları həmin sahibkarın da əməlinə qiymət verməlidir. virtualaz.org bu mövzunu diqqətdə saxlayacaq.

* * *17:44

Dünən, yanvarın 6-da, Bakıda, Zığ şosesində 175 nömrəli marşrut avtobusunun dərəyə aşması nəticəsində yaralanan sərnişinlər xəstəxanadan evə buraxılıb. Hazırda 3 saylı şəhər xəstəxanasında yalnız 2 yaralı var. Bu barədə virtualaz.org-a xəstəxanadan məlumat veriblər.

Saytın əməkdaşı qəzanın baş verdiyi ərazidə olub, şahidlərlə söhbətləşib.

Yoldan keçənlər hələ də maşını saxlayaraq, qəzanın baş verdiyi ərazini gözdən keçirirlər. Hadisənin şahidləri deyirlər ki, qəza nəticəsində ölüm halının olmaması möcüzədir.

Soyğunçuluğa görə tutulmuş məhkum sükan arxasında və... avtobus Zığda dərəyə necə aşdı Redaksiyadan.


Özünü 175 saylı marşrutun başqa bir avtobusunun sürücüsü kimi təqdim edən şəxs əməkdaşımıza deyib ki, qəza baş vermədən bir neçə dəqiqə əvvəl avtobusda sükanın dartma mexanizmi (“tyaqası”) sıradan çıxıb. Sürət yüksək olduğundan sürücü idarəetməni itirib, yol kənarına çırpılıb. Yol kənarını bir neçə metr dağıdaraq irəliləyib və aşıb.

Şahidlərin sözlərinə görə, avtobusda olan azyaşlı sərnişin pəncərədən yıxılıb. Daha iki sərnişin isə bir neçə mert aralıya düşüb. Sərnişinlərin bir neçəsinin ayaqqabısı, papağı hələ də hadisə yerindədir. Şahidlər söyləyirlər ki, avtobus yüksək təzyiqli qaz xəsttinə dəyərək dayanıb. Xoşbəxtlikdən qaz borusu partlamayıb.

Soyğunçuluğa görə tutulmuş məhkum sükan arxasında və... avtobus Zığda dərəyə necə aşdı Redaksiyadan.


Sərnişinlərdən biri isə söyləyib ki, hadisə baş verərkən sürücü telefonla danışırmış. Qəza baş verərkən o, özünü itirib, avtobusu saxlaya bilməyib. “Hövsan-Zığ istiqamətində hərəkət edən avtobuslar köhnədir, istismar müddətini başa vurub. Amma sürücülər sürət həddini, manevr qaydalarını gözləmirlər. Yolda telefonla danışırlar, ötüşürlər”, - sərnişin söyləyib.

Hər gün bu marşrutdan istifadə edən sərnişinlərin virtualaz.org-a bildirdiklərinə görə, sürücülər manevr qaydalarının kobud şəkildə pozulması kimi ciddi yol hərəkəti qayda pozuntularına yol verirlər. “Dəfələrlə irad bildirilməsinə baxmayaraq, məhəl qoyulmur. Hətta narazı sərnişinlərlə kobud rəftar edilir. Bu qəzadan da əvvəl sərnişinlərdən biri sürücünün yolda telefonla danışmasına irad bildirib. Sürücü isə deyib ki, bəyənmirsə, taksi ilə getsin. Nəticədə, qəza baş verib”.
Soyğunçuluğa görə tutulmuş məhkum sükan arxasında və... avtobus Zığda dərəyə necə aşdı Redaksiyadan.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *