Kadırov Kərbəla adı ilə aldadılıb Goranboya gətirilən 104 yaşlı qadından yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kadırov Kərbəla adı ilə aldadılıb Goranboya gətirilən 104 yaşlı qadından yazdı

Kadırov Kərbəla adı ilə aldadılıb Goranboya gətirilən 104 yaşlı qadından yazdı


Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Azərbaycanda yaşayan ahıl qadına köməklik göstərib.

AzNews.info report-a istinadən xəbər verir ki, bu barədə o özü "Mylistory" milli sosial şəbəkəsindəki profilində yazıb.

"Son vaxtlar Rusiya və Azərbaycan mətbuatında Azərbaycanda Çeçenistandan olan Mədinə Əliyeva adlı ahıl yaşlı qadının soyuqdan donmuş vəziyyətdə tapılmasına dair silsilə xəbərlər dərc olunur. Həm də bu xəbərlərin hamısı bir mənbəyə istinadən yazılıb. Mən dərhal hadisənin ətraflı öyrənilməsi barədə göstəriş verdim. Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələri, qadının yerləşdirildiyi Tereza ana adına sığınacağın rəhbərliyi, Bakıdakı "Təmiz dünya" xeyriyyə cəmiyyətinin əməkdaşları ilə danışıqlardan və Mədinə Əliyevanın sığınacaqda özü ilə söhbətdən sonra belə bir mənzərə ortaya çıxır. M.Əliyeva iddia edir ki, onun heç kimi yoxdur, Xasavyurd rayonunun Osmanyurd kəndində və Xasav-Yurdda yaşayıb", - deyə Ramzan Kadırov bildirib.

O, həmçinin qeyd edib ki, Osmanyurd administrasiyası bu qadın haqqında heç bir məlumata malik deyil, lakin Əliyevanın əlində onun bu kənddən olmasına dair arayış var.

"Çeçenistan Respublikasının Federal Miqrasiya Xidməti İdarəsinin məlumatına görə, 1914-cü il təvəllüdlü M.Əliyeva heç vaxt Çeçenistanda sənəd almayıb və heç bir yerdə qeydiyyatda deyil. Ola bilsin ki, qadın yaşının çox olması səbəbindən nəyisə səhv salır, dəqiq harada yaşadığını unudub", - deyə Çeçenistan rəhbəri qeyd edib.

Ramzan Kadırovun göstərişi ilə onun nümayəndələri Bakıda qadını ziyarət ediblər, zəruri qida məhsulları alaraq ona çatdırıblar.
"Bazar ertəsi Rusiyanın Azərbaycandakı səfirliyi ilə birgə M.Əliyevanın Çeçenistana gətirilməsi ilə bağlı məsələ həll olunacaq. Əsas odur ki, V.Əliyeva təcili köməyə ehtiyac duyur. Ona bu köməklik göstəriləcək. Qadının haradan olması önəmli deyil. O zəifdir, yalqızdır, buna görə harada yaşamasından asılı olmayaraq lazımi qaydada qayğısına qalınacaq", - deyə Çeçenistan rəhbəri söyləyib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *