Gürcüstanda avtomobillərdə sükanın yerini dəyişmək qadağan olundu
Bu ildən Gürcüstanda avtomobillərlə bağlı yeni qanun qüvvəyə minib. Belə ki, nəqliyyat vasitələrində sükanın yerinin dəyişdirilməsi qadağan edilir.
Oxu.Az apsny.ge saytına istinadən xəbər verir ki, bu qərar indiyə kimi sükanın yeri dəyişdirilən avtomobillərə şamil edilməyəcək.
Sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur.
Qeyd edək ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.
Mənbə:> Oxu.Az