Azərbaycanlı sürücülər Gürcüstanda qalmaq üçün pul ödəyəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanlı sürücülər Gürcüstanda qalmaq üçün pul ödəyəcəklər

Azərbaycanlı sürücülər Gürcüstanda qalmaq üçün pul ödəyəcəklər

2018-ci ilin martın 1-dən etibarən xarici nömrəli avtomobillərin sürücüləri 15 gündən artıq müddətdə Gürcüstanda qaldıqları təqdirdə nəqliyyat vasitələrini sığortalamalı olacaqlar.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanda qəbul olunan yeni qanun layihəsində bildirilib

Məlumata əsasən, sığortanı nəzarət-keçid məntəqələrində əldə etmək mümkün olacaq. Sığorta paketinin dəyəri nəqliyyat vasitəsinin dəyəri və sığorta müddətindən asılı olacaq. Avtonəqliyyat vasitəsi 15, 30, 90 gün və ya bir il müddətinə sığortalana bilər.

Sığorta yol-nəqliyyat qəzası zamanı həm fiziki, həm də mənəvi zərəri qarşılamalıdır.

Yeni qaydalara əsasən, çəkisi 3,5 tona qədər olan avtomobillər motorun ölçüsündən asılı olmayaraq Gürcüstanda 15 gündən artıq qalmağa 30 lari, 30 günə qədər 50 lari, bir ilə qədər isə 295 ları sığorta pul ödəməlidirlər.

Qeyd edək ki, yeni qayda bütün qonşu ölkələrin vətəndaşları ilə yanaşı Azərbaycanlı sürücülərə də şamil olunacaq.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *