Türkiyədə evlilik verilişinə qatılmış azərbaycanlı qadının əri öldürüldü
Türkiyənin Konya şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb. NTV telekanalı xəbər verir ki, avtomobilinin içində tapılan şəxsin tapança ilə atəş açılaraq öldürüldükdən sonra yandırıldığı məlum olub.
İstintaq prosesi zamanı öldürülən 39 yaşlı Erdal Tursunun bir neçə qadınla evli olduğu öyrənilib. Həmçinin öldürülən şəxs haqqında fırıldaqçılıq iddiaları ortaya çıxmağa başlayıb.
Bir müddət əvvəl Konyaya gələn Erdal Tursun ilə Serbiyada tanış olduğu və aralarında ədavət olduğu ortaya çıxan Mehmet Anın da şəhərdə olduğunu öyrənən polis araşdırmasını bu istiqamətdə davam etdirib.
Mehmet Anın 31 yaşlı həyat yoldaşı Elanur Zümrüd A. ilə Erdal Tursunun münasibətdə olduğunu öyrənən polis əldə etdiyi dəlillərdən sonra Mehmet A., həyat yoldaşı Elanur Zümrüd A. və Mehmet Anın 35 yaşlı dostu Əli K.-nı saxlayıb.
Mehmet An ilkin ifadəsində: "Erdal Tursunun arvadımla əlaqəsi vardı. Uşaqlarımın ondan olduğunu söylədi. İş birliyi bəhanəsiylə buraya çağırdım. Spirtli içki içdik. Avtomobilə oturanda tapança ilə atəş açdım. Sonra benzin töküb avtomobili yandırdım", - deyib.
Digər tərəfdən, öldürülən Erdal Tursunun 2013-cü ildə qatıldığı bir evlilik verilişində azərbaycanlı Esmira Əsgərova adlı qadınla dini nikaha girdiyi ortaya çıxıb.
Mənbə:> Milli.Az