Azərbaycanlı qız evlilik proqramında ağladı – VİDEO
“Zuhal Topalla” evlilik verilişinə azərbaycanlı qızların axını gündən-günə artır.
Oxu.Az BAKU.WS -ə istinadla xəbər verir ki, “Star TV”də yayımlanan proqrama qatılan azərbaycanlı iştirakçı Esmira verilişdə göz yaşlarına boğulub.
Z.Topal ondan niyə ağladığının səbəbini soruşanda, Esmira öz saç düzümünü bəyənmədiyini bildirib.
O, “Saçlarım istədiyim kimi olmadı. Qaynaqlarımı çıxartdırmışam, belə pisdi” deyərək ağlamağa başlayıb.
Daha sonra Esmiraya türkiyəli Bahadır adlı oğlan elçi çıxıb. Onlar əl-ələ tutaraq, çay içməyə gediblər.
Həmin görüntüləri oxuculara təqdim edirik:
Mənbə:> Oxu.az