PKK Azərbaycan şirkətində terror planlaşdırıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

PKK Azərbaycan şirkətində terror planlaşdırıb – FOTO

PKK Azərbaycan şirkətində terror planlaşdırıb


PKK terror təşkilatının SOCAR-ın Türkiyədəki müəssisəsində partlayış törətmək planının olduğu üzə çıxıb.

Aznews.info-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədəTürkiyənin “Star” qəzeti məlumat verir.

Məlumata əsasən, belə bir planın olduğu İzmir polisinin həyata keçirdiyi əməliyyat zamanı yaxalanan terrorçunun ifadəsi zamanı ortaya çıxıb.

İzmir Polis İdarəsi ötən bazar günü İzmir şəhərində partlayış törətmək istəyən 3 terrorçunu yaxalayıb. Terrorçulardan biri bazar günü yerli vaxtla saat 22.00 radələrində 3 kq partlayıcı ilə yaxalanıb, digər iki terrorçu qaçıb. Polisin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçulardan 23 yaşlı Mehmet D. bir gün sonra Bayraklıda qardaşının evində, Ahmet D. isə Qarabağlarda yaxalanıb.

Universitet tələbəsi olan Mehmet D. Şimali İraqda təlim keçdiyini, bir həftə əvvəl qaçaq yolla Türkiyəyə, İzmirə gəldiyini, şəhərdə hakim Ədalət və İnkişaf Partiyasının qərargahı və ticarət mərkəzləri yaxınlığında kəşfiyyat apardığını bildirib.

Mehmet D. deyib ki, PKK partlayışlar törətmək üçün polisin diqqətini çəkməyən universitet tələbələrini xüsusi olaraq seçib.

“Mən kəşfiyyat üçün İzmir Əliağadakı “Petkim” müəssisəsinə də gedəcəkdim, uzaq olduğu üçün gedə bilmədim. Partlayış törədəcəyimiz yerlər arasında polis və hərbçilərlə yanaşı, Türkiyə iqtisadiyyatında önəmli rol oynayan müəssisələrə də hücum əmri verilib. PKK strategiyasını dəyişib, Türkiyədə polis və əsgərlərlə bərabər, bundan sonra Türkiyə iqtisadiyyatı üçün önəmli müəssisələrə də hücum edilməsi, beləliklə, Türkiyə iqtisadiyyatına zərbə vurulması əmrini verib”,-deyə Mehmet D. bildirib.

Qeyd edək ki, “Petkim Petrokimya Holding A. Ş.”-nin səhmlərinin 58%-i “SOCAR Enerji Türkiye A.Ş.”-yə məxsusdur.

PKK Azərbaycan şirkətində terror planlaşdırıb

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *