Apple iPhone telefonlarına görə üzr istədi
Batareyası köhələn iPhone-ları xəbər vermədən yavaşlatdığı üçün istehlakçıların üsyanı və ittihamlar ilə qarşı-qarşıya qalan Apple, üzr istəyib.
Batareyanın dəyişdirlməsi qiymətlərində endirimə gedəcəyini açıqlayan şirkət, batareya vəziyyətinin yaxşı olub olmadığını da proqramla göstərəcək.
Veb saytından verdiyi bəyanatla batareya məsələsini pis idarə etdiyini qəbul edən texnologiya nəhəngi, "müştərilərinin sədaqətini dərk etmək və Apple-ın niyyətinin pis olduğunu düşünən hər kəsin etimadını yenidən qazanmaq üçün" bir sıra dəyişiklik edəcəyini söyləyib.
Qısa müddət öncə yeni telefonu iPhone X-u satışa təqdim edən şirkət, ABŞ üçün iPhone 6 və sonrakı modellərin batareya dəyişiklik qiymətini 70 dollardan 29 dollara endirəcəyini bildirib.
Apple, eləcə də iOS əməliyyat sistemini də iPhone batareyasının "sağlamlıq" vəziyyətini göstərəcək şəkildə yeniləyəcək. Beləcə istifadəçilər batareyanın telefona necə təsir etdiyini görə biləcəklər.
Açıqlamada "Bəzilərinizin Apple-ın sizi yarı yolda qoyduğunu düşündüyünüzü bilirik. Üzr istəyərik", - ifadəsi diqqət çəkib.
Bu ayın əvvəlində internetdə dərc olunan testlərdən sonra, Apple, 20 dekabrda batareya problemləri olan telefonların performasını proqram təminatı ilə aşağı saldığını qəbul etmişdi. İstifadəçilərə xəbər vermədən edilən bu dəyişiklik isə böyük bir qəzəb dalğasının yaranmasına səbəb oldu. Bir çox adam Apple-ın bu xəbərsiz dəyişikliyini insanları yeni iPhone satın alması üçün etdiyini düşündü.
Hazırda şirkət məsələ ilə əlaqədar açılmış 8 cinayət işi ilə də üz-üzədir. İddiaçılardan biri 1 trilyon dollar tələb edilir. Şirkətin dəyərinin isə 2018-ci ildə 1 trilyon dollara çatacağı gözlənildiyi düşünülsə, işlərin böyük səviyyədə risk ölçüləri də başa düşülə bilər.
Mənbə:> Sia.az