Təqaüdçüləri aldadaraq kartlardan 2000 manat pul oğurlayan şəxs saxlanılıb – FOTO
Qubada təqaüdçülərin pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dekarbın 26-da Quba rayon Yuxarı-Tülər kəndində yaşayan bir nəfər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, dekabrın 11-də rayon ərazisində yerləşən Kapital banka məxsuz bankomatdan təqaudünü almaq üçün ora yaxınlaşıb, yaşlı olduğundan tanımadığı şəxsdən kömək istəyib, lakin sonuncu onu aldadaraq kartda pul olmadığını deyərək kartı qaytarıb. Evinə gəldikdə isə qaytarılan kartın ona məxsuz olmadığını oyrənib, dekabrın 26-da kartını yenilədikdən sonra hesabında olan 1300 manatının çıxarılmasını gördükdə həmin şəxsin onu aldadaraq soyğunçluq etdiyini anlayıb.
RPŞ-nin əməkdaşlarının “isti izlərlə” keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Quba rayon Səbətlər kənd sakini İsmət Şahbazov saxlanılaraq RPŞ-yə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli eritaf edərək bildirib ki, kartda olan 1300 manatı bankomatdan çıxararaq mənimsəyib.
İ.Şahbazovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində digər faktların da üstü açılıb. Belə ki, kartlarında pul olmadığını deyərək noyabrın 30-da rayonun Qəçrəş kənd sakinini aldadaraq 170 manat və dekabr ayının əvvəlində rayon sakinini 500 manat pulunu eyni üsulla dələduzluq yolu ilə mənimsəyib.
Faktlarla bağlı Quba RPŞ-də İB-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Əgər İ.Şahbazovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə və ya şəhər telefonlarından (023)3353511; (023) 3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.
Mənbə:> Virtualaz.org