Putin: “Sürücülər benzinə dizel qarışdıra bilmir, ona görə də kütləvi şəkildə işdən çıxır” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Putin: “Sürücülər benzinə dizel qarışdıra bilmir, ona görə də kütləvi şəkildə işdən çıxır”

Putin: “Sürücülər benzinə dizel qarışdıra bilmir, ona görə də kütləvi şəkildə işdən çıxır”

Rusiya prezidenti Vladimir Putin “Qazprom” şirkətinin sürücülərinin son zamanlar kütləvi şəkildə işdən çıxmasının səbəbini onların benzine dizel qarışdıraraq yanacaq əkişdirməsinin artıq mümkün olmaması ilə əsaslandırıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin bu barədə Dövlət Şurasının iclasında danışıb.

Rusiya prezidentinin sözlərinə görə, “Qazprom”a məxsus avtomobillərin qaz-mühərrik yanacağına keçirilməsi nəticəsində sürücülər benzinə dizel qarışdıra bilmirlər. “Qazprom” öz avtomobil nəqliyyatını qaz-mühərrik yanacağına keçirib və effekti dərhal özünü göstərib: sürücülər kütləvi şəkildə işdən çıxırlar, çünki qarışdırmağa bir şey qalmır. Hesab edirəm ki, şərh vermək artıqdır”-Putin bildirib.

Putin: “Sürücülər benzinə dizel qarışdıra bilmir, ona görə də kütləvi şəkildə işdən çıxır”


Rusiya prezidentinin dediyinə görə, belə vəziyyət Müdafiə Nazirliyində və digər dövlət strukturlarında da müşahidə olunur. Bununla belə Putin dövlət müəssisələrinə məxsus avtomobillərin qaz yanacağına keçirilməsini dəstəkləyib.

“Şübhəsiz ki, bizim bu məsələdə böyük rəqabət üstünlüyümüz var, çünki bizdə qaz yanacağı kifayət qədərdir, xarici bazarlarda isə neft və neft məhsullarının satışı belə desək, qazın satışından sərfəlidir”-Putin deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *