Putin 110 min polisi işdən çıxardı
Rusiya Daxili İşlər Nazirliyinin ştat vahidinin 10 faiz (110 min nəfər) azaldılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
“Federal büdcədən maliyyələşdirilən Daxili İşlər Nazirliyinin ştat vahidi (binaların mühafizəsini çıxmaq şərti ilə) 1 003 772 nəfər müəyyən edilsin”.
Bundan sonra daxili işlər orqanları əməkdaşlarının sayı 835 min, federal dövlət mülki qulluqçularının sayı 5123, sıravi əməkdaşların sayı isə 160124 nəfər olacaq.
Mənbə:> Oxu.Az