Dünyanın ən kiçik yaşayış adası: rahat, xudmani – FOTO
Bu adanı dünyanın ən kiçik, yaşam olduğu adası sayırlar. Kiçik, rahat bir məkandır. Adı da "Just Room Enough Island".
Milli.Az ABC-yə istinadən bildirir ki, ABŞ-da Nyu-Yorku Ontariodan ayıran Müqəddəs Lavreni çayında yerləşən 1864 adadan biridir.
Aleksandriya körfəzinin yaxınlığındakı "Just Room Enough Island" adasında, sadəcə, bir ev və bir ağac var.
Bir zamanlar "Sizlend" adlanan bu adanı 1950-ci ildə satın almış ailə ağac əkib, adanın ərazisinin hər qarışından yararlanaraq ev tikib.
Ailə bu evdən istirahət günlərində dincəlmək üçün istifadə etmək istəyirdi.
Lakin 1/13 hektarlıq ada turistlərin diqqətini cəlb etdiyindən ailənin planları alt-üst olub.
Tennis kortu boyda bu ada adı Ginnesin Rekordlar Kitabına "Dünyanın ən kiçik adası" kimi düşmüş "Bishop Rock"dan da kiçikdir.
Mənbə:> Milli.Az