Prezident Gömrük Komitəsinin səlahiyyətlərini artırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Prezident Gömrük Komitəsinin səlahiyyətlərini artırdı

Prezident Gömrük Komitəsinin səlahiyyətlərini artırdı

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Virtualaz.org-un məlumatına görə, Əsasnamənin 3.1.22-ci yarımbəndinə “valyuta nəzarətini həyata keçirmək” sözlərindən sonra “, o cümlədən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görmək, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərmək, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etmək” sözləri əlavə edilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *