İlham Əliyev Rusiya ilə saziş imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Mərkəz Bank yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.
ANS PRESS-in məlumatına görə, prezidentin 22 may 2015-ci ildə imzaladığı Fərman 3 hissədən ibarətdir:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidmət arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qarşılıqlı əməkdaşlıq haqqında 2015-ci il aprelin 6-da Strasburq şəhərində imzalanmış saziş təsdiq edilib.
2. Həmçinin Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilmək tapşırlıb.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası hökumətinə bildiriş göndərəcək.
Mənbə:> ANSPRESS