"Sayt.az" və "Azscore.com" saytları mükafatlandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

"Sayt.az" və "Azscore.com" saytları mükafatlandırıldı – VİDEO

"Sayt.az" və "Azscore.com" saytları mükafatlandırıldı


Milli İnternet Mükafatı - Milli Net 2017 müsabiqəsinin qalibləri elan olunub.

Metbuat.az bildirir ki, dekabrın 20-si Boulevard Hoteldə keçirilən mükafatlandırılma mərasimində Milli Net 2017 müsabiqəsinin cari il üçün qalibləri müəyyənləşib. Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının, internet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak ediblər.
18 Nominasiya üzrə 392 internet resursun təqdim olunduğu və onlardan yalnız 291 saytın buraxıldığı yarışmada 19 nəfərlik münsiflər heyəti səsvermədə iştirak edib. İkinci səsvermə prosesində 96 nominant arasından ən yaxşıları seçilib.

"Sayt.az" və "Azscore.com" saytları mükafatlandırıldı


Xidmət nominasiyası üzrə 5 sayt – Tedbirli.com, Sayt.az, Azscore.com, İnsure.az, Huquq.onlayn saytları ikinci mərhələyə vəsiqə qazanıb.

Təsisçisi Rəşad Mirzəyevin olduğu 2 xidmət saytı Sayt.az və Azscore.com Milli Net 2017 mükafatına layiq görülüblər. Sayt.az II, Azscore.com III yer ilə mükafatlandırılıb. Qalib və fərqlənənlərə Lenovo, BestCom və NEURON şirkətlərinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Xidmət nominasiyası üzrə II yerə layiq görülən Sayt.az 2004-cü ildən fəaliyyətə başlanyıb. 2004-2016-cı illər ərzində Azərbaycan bazarında bir çox ilklərə imza atıb. “Google” axtarış sistemində “.az” domen satışı, hostinq satışı axtarılan zaman ilk səhifədə Sayt.az görünür. Sayt.az veb saytların hazırlanması, domen, hostinq, “Server” satışı, dizayn, “Seo” və SMM xidmətlərini də təklif edir.
Artıq Sayt.az vasitəsi ilə cəmi bir neçə dəqiqə ərzində hər kəs öz saytını yaratmaq imkanına malikdir.

Xidmət nominasiyası üzrə III yerə layiq görülən Azscore.com saytı isə qadın futbolu da daxil olmaqla, 100-lərlə futbol oyunlarının canlı nəticələri və arxivlərini bir neçə dildə yayımlayır.

Bildirək ki, Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir. Milli Net-in Baş sponsoru "Azertelecom" şirkətidir.

"Sayt.az" və "Azscore.com" saytları mükafatlandırıldı
"Sayt.az" və "Azscore.com" saytları mükafatlandırıldı


Mənbə: Metbuat.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *