Milli İnternet Mükafatının Nominantları seçilib
Milli İnternet Mükafatı - Milli Net 2017 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Bu il Müsabiqəyə 18 Nominasiya üzrə 392 internet resurs təqdim edilmişdi.
AzNews.info xəbər verir ki, onlardan yalnız Qaydalara uyğun olan 291 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
Bu il ilk dəfə olaraq mobil tətbiqlər və sosial media resursları ayrı nominasiyalarda müsabiqəyə qəbul edilib.
Müsabiqəyə qəbul olunan 186 sayt, 45 mobil tətbiq və 60 sosial media resursunun 1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər Heyətindən 22 münsif iştirak edib.
Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə 18 Nominasiya üzrə 291 resurs arasından ən yaxşılar olan 96 internet resurs ( 53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu ) Nominant statusu alıb.
Bu internet resurslar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 04 dekabr tarixdə başlayacaq və 15 dekabr tarixdə başa çatacaq. Bu mərhələdə münsiflər saytları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.
Qeyd edək ki, AzNews.info-nun daxil olduğu AzeGroup Company tərəfindən təqdim edilən Azərbaycanın ilk HR portalı sayılan HR-AZ.com saytı da nominant adını qazanıb.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 20 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Qaliblərə həmçinin hədiyyələritəqdim olunacaq.
Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON və Yello şirkətləri də dəstək verirlər. .
Geniş məlumat : www.millinet.az
Mənbə:> AzNews.info