Yeni il hədiyyə qutuları alarkən diqqətli olun! » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Yeni il hədiyyə qutuları alarkən diqqətli olun!

Yeni il hədiyyə qutuları alarkən diqqətli olun!

Əvvəlki illərdə bizdə belə hadisələr olub ki, vaxtı keçmiş şirniyyatlar qutulara yerləşdirilib

Bəzən Yeni il hədiyyə qutularının üstündə tarix qoyula bilər, amma bu tarix onun içindəkilərinə aid deyil. Ona görə də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar.
İnterAz-ın məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə hədiyyə qutularında yaralılıq müddəti bitmiş məhsulların satışı olub: "Əvvəlki illərdə bizdə belə hadisələr olub ki, vaxtı keçmiş şirniyyatlar qutulara yerləşdirilib. Amma indi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Əgər müraciət edilsə, şikayət araşdırıla bilər".
İ.Abdullayev bildirib ki, bu ilin sonundan RGEM qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.


"Dövlət bağçalarında və özəl bağçalarda xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var"

I.Abdullayev bağçalarda azyaşlıların xüsusi menyuların tərtibinə də diqqət ayrıldığını söyləyib:"Bakı Şəhər İcra Hakimiyyəti nəznində olan qu rumlar bağçaları qida ilə təmin edir. Qida verilərkən uşaqların yaş həddi, orqanizmi nəzərə alınır. Məsələn əgər hər bir uşağa 23 qr kərə yağı düşürsə, uşağın yaş həddi (3-6 yaş), orqanizmi( piylənməyə meyillilik və s.) nəzərə alınaraq azaldıla bilir. Mövsüm ərzində dəfələrlə profilaktik tədbirlər aparılıb və heç bir gigiyenik norma pozuntusuna rast gəlinməyib".

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *