Bakı Qran Prisinin yazda keçirilməsinin səbəbi açıqlandı
Bu barədə Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri məlumat verib.
AzNews.info xəbər verir ki, radio kanallarının birinin qonağı olan Nigar Arpadaray 2018-ci ildə dövlətçiliyimizin və Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar olaraq bir sıra tədbirlərin keçirilməsi səbəbi ilə, may ayının sonlarına kimi yarış trekinin yığışdırılmalı olduğunu bildirib. Bunu nəzərə alaraq, Azərbaycan tərəfi 2018-ci il Bakı Qran Prisinin apreldə keçirilməsi üçün müraciət edib.
Lakin, Nigar xanımın sözlərinə əsasən, 2019-cu ildən Bakı sakinləri yenidən Qran Prini yaz aylarında izləyə biləcəklər.
Mənbə:> AzNews.info