Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur » AzNews.info -Xəbər portalı

Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur – FOTO

Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur


Formula 1 Avropa Qran Prisi Bakı Ekspo Mərkəzində keçirilən (7-9 aprel) Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisində (AİTF-2016) təqdim olunur.

Turizm və Səyahətlər Sərgisində dünyanın 30 ölkəsindən 300-dən çox şirkət iştirak edir.

AzNews.info xəbər verir ki, Avropa Qran Prisi stendinin ziyarətçilərinə bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışı ilə bağlı son yeniliklər haqqında məlumat verilir və onlara içərisində yarış haqqında zəruri məlumatların olduğu broşuralar paylanılır. Bununla yanaşı, stendi ziyarət edənlər Formula 1 avtomobili ilə şəkil çəkdirmək və yarışa bilet almaq imkanından da yararlana biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ilk dəfə qatıldığı bu sərgidə Avropa Qran Prisinin stendində bilet satış məntəqəsinə, Formula 1 yarış avtomobilinin təqdimatına və geniş ekranda Bakı Şəhər Halqası ilə yanaşı paytaxt Bakının nəfəsçəkici görüntülərinin əks olunduğu video-çarxların nümayişinə yer verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sərgiyə yüksək səviyyədə hazırlığın görüldüyünü bildirərək hamını Avropa Qran Prisinin stendinə baş çəkməyə dəvət edir: “Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışına xaricdən maraq olduqca böyükdür. İndiyədək 25 ölkədən bilet sifarişi olub. Satılan biletlərin 65 %-i xarici ölkələrin payına düşür. Digər tərəfdən, yarış həftəsonu ərəfəsində Bakıda yerləşən otellərin doluluq nisbəti 70 %-dən çoxdur. Bu o deməkdir ki, bu yay Azərbaycana minlərlə turistin gələcək. İştirak etdiyimiz Turizm və Səyahətlər sərgisinin də beynəlxalq səviyyədə Avropa Qran Prisi haqqında məlumatlılığın artmasına böyük töhfə verəcəyinə inanırıq. Fürsətdən istifadə edərək hamını Avropa Qran Prisinin stendini ziyarət etməyə dəvət edirəm.”
Qeyd edək ki, Avropa Qran Prisinin stendi 7-9 aprel tarixlərində hər gün sərgi saatlarında açıq olacaq. Sərgi aprelin 7-də saat 10:00-dan 18:00-dək, aprelin 8-də 09:00-dan 18:00-dək və aprelin 9-da 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.


Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur
Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur
Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur
Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur
Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur
Bakı Şəhər Halqası beynəlxalq turizm sərgisində təqdim olunur

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *