Tbilisidə otelin həyətində qaldırıcı kran aşıb
Tbilisinin tarixi mərkəzində, “5 ulduzlu” “Sheraton Metechi Palace” mehmanxanasının həyətində təmir-tikinti işləri zamanı qaldırıcı kranın aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
"Sputnik" xəbər verir ki, bu barədə Tbilisi merinin Mətbuat xidməti məlumat yayıb.
“Sheraton Metechi Palace” mehmanxanasında təmir işləri 2014-cü ildən başlayıb. Bu, beynəlxalq otellər şəbəkəsinə daxildir. “Sheraton”un əsası 1937-ci ildə qoyulub. 1991-ci ildə “Sheraton Metechi Palace” Gürcüstanda ilk “5 ulduzlu” otel olaraq açılıb.
Mənbə:> Virtualaz.org