Paytaxtda daha bir 5 ulduzlu otel açıldı – VİDEO + FOTO
Bu günlərdə Bakının BakMil metrostansiyası yaxınlığında yeni tikilmiş 5 ulduzlu Rich Hotel-in açılışı baş tutub.
AzNews.info xəbər verir ki, açılış mərasimində bir çox dövlət rəsmiləri və tanınmış ictimai xadimlər iştirak edib. Bütün qonaqlar otelin interyeri və otaqları tanış olub, otelin birinci mərtəbəsində yerləşən Zümrüd restoranında baş aşpazın hazırladığı təamlardan dadıblar.
Qeyd edək ki, Heydər Əliyev mərkəzindən cəmi 3 km məsafədə yerləşən otel C-Group otellər qrupuna daxildir. Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Otelin yaradılması zamanı əsas meyar qonaqların rahatlığını yüksək səviyyədə təmin etməkdən ibarət olub,128 Deluxe otaqdan ibarətdir. Qapalı parking sahəsi, 2 konfrans zalı, 160 nəfərlik Zümrüd Restoranı və 200 nəfərlik Garden Terrace mövcuddur.
Otelin əsas diqqət çəkici mərkəzi isə Sapphir Spa sağlamlıq mərkəzidir. Burada yarı - olimpik Qapalı Skylife Hovuz (dərinliyi 1.80 m. uzunluğu 25 m.) , Türk Hamamı, Buxarlı Rus Hamamı, Sauna, açıq mənzərəli Fitness zali (Technogym ve Ferro son avadanliq, şəxsi fitnes instruktoru ilə) , 2 Masaj otağı və qonaqların istirahəti üçün Vitamin Bar mövcuddur.
Ümumiyyətlə otelin interyerində dəbdəbəyə üstünlük verilib, və dəbdəbə simvolu olaraq xüsusi zallara, spaya, restoranlara bahalı daş-qaşların adları verilib. (Zümrüd, Sapfir və sairə)
Otelin görüntülərini oxucularımıza təqdim edirik:
Post by aznews.info.
Mənbə:> AzNews.info