Azərbaycanda istifadədə olan mobil telefonların sayı ölkə əhalisinin sayından çoxdur
"Azərbaycanda mobil rabitə abunəçilərinin sayı ölkə əhalisinin 106%-ini təşkil edir".
Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İqtisadi Əməkdaşlıq Təşkilatının informasiya və kommunikasiya texnologiyaları üzrə ikinci nazirlər toplantısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ölkə əhalisinin 80%-i internet istifadəçisidir.
"Hazırda "Elektron hökumət" portalı vasitəsilə 89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdəki Yüksək Texnologiyalar Parkları, innovasiya parkları, biznes-inkubatorlar arasında əməkdaşlığın genişləndirilməsi, birgə startapların yaradılması ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq istiqamətlərindən biri təşkil edə bilər. Biz həmçinin, ölkələrimiz arasında elektron ticarət həcminin artırılmasında maraqlıyıq. Bunun üçün vacib olan elektron imza sertifikatlarının qarşılıqlı tanınması ilə bağlı birgə iş aparılmasını zəruri hesab edirik. Bu istiqamətdə atılacaq addımlardan biri üzv dövlətlər arasında müvafiq çoxtərəfli sazişin imzalanması ola bilər", - deyə nazir əlavə edib.
Mənbə:> Virtualaz.org