Mayk Tayson: "Qəlbən müsəlmanam və müsəlman olaraq da öləcəyəm" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Mayk Tayson: "Qəlbən müsəlmanam və müsəlman olaraq da öləcəyəm"

Mayk Tayson: "Qəlbən müsəlmanam və müsəlman olaraq da öləcəyəm"

"İslam dini mənə kömək etdi. Qəlbən müsəlmanam və müsəlman olaraq da öləcəyəm".

"Report" xəbər verir ki, bunu əfsanəvi boksçu Mayk Tayson Almatıda keçirilən "Synergy Global Forum"da çıxış edərkən deyib.

M.Tayson həmçinin özü, dəyərləri, uşaqlara münasibəti barədə danışıb: "Əlbəttə, səhvlər edirəm, amma bu, məni doğru yola yönəldir. Doğru adamlara güvənməmişdim. Bu, mənim səhvim idi, çünki onları həyatıma buraxmışdım, bunu etməməliydim. Həyatına kimi buraxmağının məsuliyyəti insanın özündə olur. Səhv edirsinizsə, hər şeyə yenidən başlamaq lazımdır".

O qeyd edib ki, həyatda ən böyük qazancı övladlarıdır: "Dəyərlərimə gəlincə, birincisi, uşaqlarımın qayğısına qalmaqdır, onların xoşbəxtliyinə görə məsuliyyət daşıyıram, ikincisi, dürüstlükdür, üçüncüsü isə edə biləcəyim hər şeyi etməkdir".

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *