İş adamının evində çəkilmiş dəhşətli görüntülər yayıldı...
Uşağa işgəncə verən ukraynalı qadın yaxalanıb.
İnterpress.az istinadla xəbər verir ki, hadisə Türkiyədə baş verib. İstanbulda yaşayan cütlük 6 ay öncə uşaqlarına baxması üçün ukraynalı qadın Nadya Şapovalı işə götürüb. Hadisələr də bundan sonra cərəyan etməyə başlayıb.
Nadya işə başladıqdan bir müddət sonra valideynləri uşağın bədənində göy izlər görüblər. Onlar dayədən şübhələndikləri üçün evə gizli kamera yerləşdiriblər. Lakin bir müddətdən sonra aralarında mübahisə yarandığı üçün ailə ukraynalı dayəni işdən çıxarıb. Dayə evdən gedəndən bir müddət sonra ailə gizli kameralardakı görüntüləri izləməyə qərar verib. Görüntüləri izləyən zaman dayənin azyaşlı uşağı döyməsi ilə bağlı şübhələr təsdiqini tapıb. Ailə dərhal polisə şikayət edib. Polisdən qaçan dayə uzun müddət davam edən axtarışlardan sonra Türkiyənin Muğla şəhərinin Marmara bölgəsində yaxalanıb. Nəzarət altına götürülən qadın hazırda məhkəməyə çıxarılacağı günü gözləyir.
Qeyd edək ki, sözügedən ailənin Türkiyədə zəngin iş adamları olduğu deyilir.
Mənbə:> İstipress.com