Şok kadrlar: dayə ayaq barmağını uşağın ağzına soxdu
ABŞ-da qonşunun kiçik övladına dayəlik etməyə razılaşan və bunun üçün pul alan 15 yaşlı qız saxlanıb.
Bu dayə sol ayağının baş barmağını 7 aylıq körpənin ağzına soxub, fotonu çəkib və sonra da şəkili sosial şəbəkədə paylaşıb.
AzNews.info milli.az-a istinadən bildirir ki, olay Cənubi Karolina ştatındakı Qaffni şəhərində yaşanıb.
Snapchat-da paylaşılan videonu sonucda 7 aylıq körpənin valideynləri görüblər və polisə şikayətləniblər.
Cənubi Karolinanın polis departamentindən verilən məlumata görə, 15 yaşlı dayənin əməlini yetkinlik yaşına çatmamışlarla iş üzrə komissiya araşdırır.
Mənbə:> Milli.az