Sabirabadın başçısı fermerin torpağının yağmalanmasına göz yumur
Məlumatlara görə, tələb Sabirabad rayon İcra Hakimiyyətindən gəlib. Müəllimlər pambığ yığımına məcburi aparıldıqlarına görə şikayətləniblər.
Sabirabadda fermerlərin 100 hektarlarla pambıq sahəsi susuzluq ucbatından məhv olur. Bu üzdən hətta fermerlər pambıq sahələrini məcburən qrunt suları ilə suvarmaq məcburiyyətində qalıblar.
Ökənin kənd təsərrüfatı sahəsində vəziyyət doğurdan acınacaqlı vəziyyət alıb. Dəfələrlə bu barədə prezident səviyyəsində belə xəbərdarlıq edilsə də, aqrar sahədə çalışan kəndlilərin və fermerlərin problemləri bitib tükənmək bilmir.
Problemləri yaradanlar isə bir qayda olaraq Bakıdakı baş idarələrinin rəhbərlərinə arxayın olan yerli məmurlardır.
O məmurlar ki, dayanmadan fermerdən və kəndlidən rüşvət tələb edərək, həmçinin kənd təsərrüfatına ayrılan dövlət vəsaitlərini mənimsəyərək blkəninin aqrar sektorunu məhv edirlər.
Palitika.Az-ın verdiyi məlumata görə, pambıq məntəqəsinin tikilməsi barədə nə qərar var, nə icazə.
Fermerin halalca torpağını yağmalayıb ələ keçiriblər və onla təzminat ödənilmir. İcra başçısı N.İsmayılov isə ona edilən şikayətlərə baxmır.
Unudur ki, yerlərdə əhalini narazı salmaq, şikayətləri dinləməmək prezidentin siyasi iradəsinə qarşı getməkdir.
Onu da unudur ki, dekabrın 15-də bütün icra başçılarının dosyesi ölkə rəhbərliyinə təqdim olunacaq.
Bu əsnada prezident hansı icra hakiminin vəzifədə qalacağına qiymət verəcək. Sabirabadın icra başçısı isə ən çox şkayət gələn məmurlardan biridir.
N.İsmayılovun adı müxtəlif qanunsuz işlərdə, övladlarının dəbəbəli həyatı ilə gündəmə gəlməkdə, oğluna Göyçayda villa tikdirməkdə hallanıb.
Bir müddət əvvəl də Sabirabaddan fermer Əfras Əsgərovun etdiyi müraciətdə də Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarələrinin necə işləməsini və Azərbaycanın əkin torpaqlarını, həmçinin kənd təsərrüfatı istehsalını bəhs edilirdi.
Fermerin bildirdiyinə görə, o, bu il 300 hektar pambıq əkib. Eyni zamanda 150 hektar ərazidə isə taxıl yetişdirib.
Hazırda biçini aparılan taxılın suvarılmaması ucbatından Əfras Əsgərovun bildirdiyinə görə məhsuldarlıq xeyli aşağı düşüb.
Fermerin bildirdiyinə görə Sabirabad Suvarma Mexaniki İdarəsinin rəisi Mirəlif Əliyev Azərbaycan qanunlarını bir şeçə sayaraq özbaşına olaraq hər hektara görə suvarma suyunun pulunu bir neçə dəfə qaldırıb.
Hər dəfə suvarmaya görə kəndlilərdən və fermerlərdən 10 manat tələb edən Mirəlif Əliyev həmçinin su pulunu fermerlərdən əvvəlcədən tələb edir.
Bostan əkilən sahələrdən isə Mirəlif Əliyev əkinçilərdən hər hektara görə 30 manat tələb edir.
Pulu qabaqcadan verməyənlər isə sudan məhrum olurlar və həmin şəxslərin əkin sahələri məhv olur.
Sonuncu ümid yerləri olan əkin sahələrini xilas etmək üçünsə kəndli və fermerlər Mirəlif Əliyevin çaldığı hər havaya oynamaq zorunda qalırlar.
Eyni şikayətlə təqaüddə olan polis polkovniki, Qarabağ əlili Fərzəli Mehbalıyev də bildirirdi ki, Mirəlif Əliyev onun 100 hektardan artıq pambıq və taxıl sahəsini yandırıb.
Məcburən qrunt suları ilə torpağı suvaran keçmiş polis zabiti bildirirdi ki, Mirəlif Əliyevin rüşvətxorluğu səbəbindən onun hektarlarla əkin sahəsi sıradan çıxıb.
Buna görə isə heç kim məsuliyyət daşımır. Əksinə Mirəlif Əliyev heç kəsi saymayaraq bildirir ki, gedin dərdinizi hara deyirsinizsə, deyin. Mən lazım olan yerlərin pulunu-payını çatdırıram.
Mənbə:> Palitika.az