İlham Əliyev Sabirabaddadır
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfər edib.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısı Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub.
Prezident pambıqçılarla görüşüb və söhbət edib.
Daha sonra dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.
Mənbə:> Oxu.Az