“Həzi Aslanov” metrostansiyasında eskalator əsaslı təmirə dayandırılır
Noyabrın 14-də “Həzi Aslanov” stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq.
“Bakı Metropoliteni” QSC-dən Oxu.Az-a verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.
Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.
Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.
Mənbə:> Oxu.Az