Bakı metrosu üzr istədi
Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında təmir işləri başlanıb.
Metronun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, stansiyanın 1-cı çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılır.
Bununla əlaqədar olaraq qeyd olunan istiqamətdə 3 saylı eskalator fevralın 24-dən dayandırılacaq.
Əsaslı təmirin 22 may 2015-ci il tarixində başa çatdırılması nəzərədə tutulub.
Yarana biləcək narahatlığa görə Bakı Metropoliteni sərnişinlərdən üzr istəyir.
Mənbə:> ANSPRESS