Azərbaycanın bu rayonunda aptek yoxdur... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanın bu rayonunda aptek yoxdur...

Azərbaycanın bu rayonunda aptek yoxdur...

Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür. Belə ki, 16 370 nəfər əhalisi olan rayonda aptek yoxdur.

Məsələ ilə bağlı modern.az-ın əməkdaşı Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətindən rayonda aptekin olmadığını təsdiqləyiblər: “Bəli, Xızı rayonunda heç bir aptek yoxdur. İnsanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar. Həmçinin, rayon sakinləri dərmanla bağlı Xızı Rayon Mərkəzi Xəstəxanasına müraciət edərlərsə, onlar müəyyən dərmanlarla təmin olunurlar. Rayonun heç bir yerində gizli dərman satışına da icazə verilmir”.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *