Azərbaycanda apteki, bazarı olmayan rayon » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda apteki, bazarı olmayan rayon – FOTO

Azərbaycanda apteki, bazarı olmayan rayon

Paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür.

BakiPost.az xəbər verir ki, 16370 nəfər əhalisi olan rayonda nə aptek var, nə yanacaqdoldurma məntəqəsi, nə də bazar.

Rayonun hər kəndində 1 və ya 2 nəfər paytaxt Bakıdan və ya Sumqayıtdan ən çox istifadə olunan (qrip əleyhinə, ağrıkəsici və s.) ucuz dərmanları alır və öz evində kənd camaatına satır.

Digər dərmanları isə Bakı və Sumqayıta gedən olsa, onlara sifariş edirlər. Evlərdə dərman satışı gizli şəkildə həyata keçirildiyindən, çox adamın xəbəri olmur.

Benzin isə əsasən evlərdə satılır. Bu məsələ də evlərdə dərman satışı kimi tənzimlənir. Kimsə kauçuk butulkalara benzin doldurur və öz evinə gələn sürücüləri yanacaqla təmin edir.

Xızı rayonunda taksi sürücüsü işləyən Mehman adlı şəxs əməkdaşımızla söhbətində benzin üçün kiminsə qapısına getməli olduqlarını deyir:

“Məsələn, mən taksi sürücüsü işləyirəm, hamımız insanıq, yadımdan çıxsa, benzin vurmasam, yolda qalacam. Bu boyda rayonda bir “zapravka” (YDM) yoxdur ki, avtomobili ora kimi çatdırasan”.

Kənd sakini Xızıda aptek işlətməyini sərfəli olmadığını bildirib. Xızı rayon sakini Gülnisə xala isə daha bir maraqlı məqama diqqət çəkib. O, rayonda bir ədəd belə supermarketin olmadığını deyib.

Xızı Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Quliyev BakiPost.az-a açıqlamasında rayonda aptek və bazarın olmadığını təsdiqləyib:

“Amma rayonda 3 ədəd yanacaqdoldurma məntəqəsi var. 1-i Xızı şəhərində, digərləri isə Giləzi qəsəbəsindədir”.

Rayondakı aptek probleminə gəlincə, N.Quliyev evlərdə dərman satılma faktını təkzib edib:

“Elə bir şey yoxdur. Rayonda açılan heç bir aptek özünü doğrultmur, ona görə də yoxdur. Əhali dərmanı Sumqayıtdan alır”.

Xızı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev rayonda aptek olmaması məsələsi ilə bağlı bildirib ki, bu, biznes işi olduğundan qarışa bilmirlər:

“Aptek özünüidarəetmə biznesidir. Təhsil, sənədi və lisenziyası olan istənilən biznesmen gəlib aptek aça bilər. Biznesmen də görür ki, 100 manat gəlir qazanır, 200 manat xərcə düşür, onu kim işlədər ki?”

Sayt qeyd edir ki, rayonda insanların rahat yaşaması üçün ən vacib iaşə müəssisələrinin olmaması sakinləri ciddi narahat edir. Onlar bu vəziyyətə görə əsas günahı rayon rəhbərliyində görürlər. Bundan əlavə, Xızı Azərbaycanın turizm bölgələrindən biridir. Ölkənin bir neçə iri istirahət mərkəzləri, hotelləri, turizm obyektləri bu rayonda yerləşir. Məlumat üçün bildirək ki, rayonun icra başçısı Xəzər Aslanovdur.
Azərbaycanda apteki, bazarı olmayan rayon
Azərbaycanda apteki, bazarı olmayan rayon
Azərbaycanda apteki, bazarı olmayan rayon
Azərbaycanda apteki, bazarı olmayan rayon
Azərbaycanda apteki, bazarı olmayan rayon
Azərbaycanda apteki, bazarı olmayan rayon

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *