Azərbaycanda 4 aptek bağlanıldı
Azərbaycanda bu il ərzində 113 aptekdə reydlər aparılıb, nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb və onların fəaliyyəti dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov bildirib.
“Qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası alınıb.
Cari il aparılan yoxlamalar nəticəsində əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb”, - deyə direktor qeyd edib.
Mənbə:> Oxu.Az