Afaq Aslan: "Ərim pullu idi, xəyanət edirdi" – VİDEO
Müğənni Afaq Aslan şəxsi həyatından danışıb.
Missiya.Az xəbər verir ki, ARB-də yayımlanan «Boş anlar» verlişinin qonağı olan müğənni ərinin ona xəyanət etdiyini deyib.
"Sevib ailə qurmuşdum. Uşaqlıq sevgisi deyim. Əslində ailəmin istəmədiyi bir adam idi. Öz qərarım oldu. Böyüklər həmişə uzaqgörən olurlar. Yəqin ki, bir-birimizə uğyun insan olmadığımızı düşünürmüşlər. Bir il yarımdan sonra münasibətimiz bitdi. Övladım yoxdur".
Afaq Aslan keçmiş həyat yoldaşının adını çəkmək istəməyib: "Adını çəkmək istəmirəm. Çox tanınmış bir şəxsin həyat yoldaşı olmuşam. Mənim ailə qurduğum insan çox imkanlı idi. Pul onu o qədər yolundan azdırmışdı ki, elə bil həyatda xoşbəxtçiliyimdən başqa hər şeyim vardı. Ən bahalı paltarları geyinə bilərdim. Bir sözüm yerə düşmürdü. Amma pulun çoxluğu insana xoşbəxtçilik gətirmir. Həyat yoldaşımın pulu çox olduğu üçün ailəni önəmsəmirdi. Kənara çox qaçırdı. Çox xəyanətlərini gördüm deyə qadın kimi özümü xoşbəxt hiss edə bilmirdim. Ərim xəyanətlərini inkar edə bilməzdi. Çünki əlimdə sübutlar var idi. Qıraqda gəzdiyi insanlardan övladları da vardı. Mən dedim ki, ayrılmaq istəyirəm. Dedim ki, özümü səninlə xoşbəxt hiss etmirəm".
Mənbə:> Missiya.az