Afaq Aslan: İstəsəm, məmur oğluna ərə gedərəm – FOTO
Müğənni Afaq Aslan özünü aktrisa kimi sınamaq qərarına gəlib.
AzNews.info-nun Lent.az-a istinadla xəbərinə görə, tamaşaçılar bundan sonra onu fərqli ampluada görəcək.
“Hər zaman yaxşı mənada insanları şoka salmağı bacarıram. İncəsənət mənim həyatımın parçasıdır. Bu sahənin müxtəlif növlərində özümü sınamışam. Modellik, ifaçılıq, indi də aktrisalıq. Filmə çəkilməyi mənə bir neçə ay öncə təklif etmişdilər. Qərarımı verdim, artıq filmin məşqlərinə başlamışıq. Onu da bildirim ki, bu serial özəl telekanallarımızın birində yayımlanacaq. Mən də killer qadın obrazını canlandıracağam”.
Şəxsi həyatından da danışan A.Aslan yenidən ailə qurmaq barədə fikirləşmədiyini dilə gətirib:
“Mənim üçün ailə qurmaq heç bir problem deyil. Günü bu gün ərə gedərəm. Özü də məmur oğluna, oliqarxa. Sadəcə, müvəqqəti evlilik mənə görə deyil. Ailə qursam, bu, daimi olacaq. Hələ ki, başım yaradıcılıq işlərimə qarışıb, ailə qurmağa vaxtım yoxdur”.
İfaçı onu da əlavə edib ki, yeni fotosessiya etdirib:
“Hər zaman fərqli fotosessiyalara imza atmışam. Şəkillərimə görə məni tənqid edənlər çox olub. Amma mən sıradan biri deyiləm, indi də fotoqraf Azər Ağalarov yeni şəkillərimi çəkib, tənqid etsinlər, fikir də vermirəm. Tənqidlərə məruz qalıramsa, deməli, insanların marağına səbəb olmuşam. Maraqsız olsaydım, bu sahədə atdığım addımlar müzakirə olunmazdı”.
Mənbə:> Lent.az