İrlandiyada qasırğa nəticəsində 360 min ev işıqsız qalıb
İrlandiyada "Ofeliya" qasırğası nəticəsində 360 min ev işıqsız qalıb.
Meteoroloqlar Şimali İrlandiya və sahilyanı şəhərlərin sakinlərini ehtiyatlı olmağa, evdən çıxmamağa çağırıb. Məktəblər və əksər idarələr bağlanıb.
Qasırğadan iki nəfər ölüb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün hərbçilər cəlb olunub.
Mənbə:> virtualaz.org