Texasda güclü qasırğanın fəsadları – VİDEO+FOTO
“Harvi” qasırğası ABŞ-ın Texas ştatında 211 min insanı işıqsız qoyub.
Oxu.Az-ın məlumatına görə, bu barədə şənbə günü, avqustun 26-da, The Washington Post nəşri məlumat yayıb.
Güclü qasırğa nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Sosial şəbəkə istifadəçiləri qasırğaının görüntülərini yayıblar. Fort-Bend dairəsində qasırğadan sonra yollarda timsahlar da görüntülənib.
ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində bir neçə dəfə əhaliyə müraciət edərək təhlükəsizlik məsələlərində diqqətli olmağı və hakimiyyətin göstərişlərinə əməl etməyi xahiş edib.
D.Tramp, həmçinin qasırğanın təsirinə məruz qalmış ərazilərə yardım göstərilməsi ilə bağlı sənəd imzalayıb.
Son 12 il ərzində ən güclü olacağı deyilən qasırğa avqustun 26-sı gecə saatlarında Texasın sahilyani ərazilərindən başlayıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 km-ə çatıb.
Mənbə:> Oxu.Az