Bakıda vəhşilik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Video

Bakıda vəhşilik – VİDEO

Bakıda vəhşilik


Bakıda itlərin zərərsizləşdirilməsi zamanı xoşagəlməz görüntülər ortaya çıxıb.

Oxu.Az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları iti tikanlı məftillə tutmağa çalışıblar.

Tikanlı məftil itin başına, ağzına ilişərək, heyvana xəsarət yetirib. Buna baxmayaraq, icra əməkdaşları iti tikanlı məftillə dartaraq, ona qarşı amansızlıq ediblər. Ərazidə bunu görən sıravi vətəndaşlar dəhşətə gəlib, icra işçilərinə öz iradını bildirərək, itə zülüm verməməyi, onu buraxmağı tələb ediblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov bir müddət öncə bildirmişdi ki, onların itləri öldürməsinə icazə yoxdur. Sahibsiz itlər sığınacağa yerləşdirilir. Sığınacaqda itlər baytar müayinəsindən keçir, yemək verilir, vaksinlənirlər.

Sahə rəisi hər bir vətəndaşın sahibsiz heyvanlar, itlərlə bağlı günün 24 saatı, +12 5650926/27 nömrəsi ilə əlaqə saxlaya biləcəyini xüsusi vurğulayıb.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik:


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *