Vaqif Əsədovdan Pərvin Abıyeva haqqında: Nömrəsi də yoxdur ki, zəng edəm
Bakı şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov aktrisa Pərvin Abıyevanın avtomobilinə həbs qoyulması və cərimə meydançasına aparılması ilə bağlı açıqlama verib.
AzNews.info Yenicag.az-a istinadən xəbər verir ki, o faktın araşdırıldığını deyib:
“Nura Surini tanıyırdım, amma bu Pərvin deyilən qızı tanımıram. Telefon nömrəsi də yoxdur ki, zəng edib, özü ilə məsələni dəqiqləşdirim. Amma fakt araşdırılır. Yol hərəkəti haqqında qanuna əsasən kimliyindən asılı olmayaraq, bilərəkdən və ya bilməyərəkdən inzibati xətaya yol veribsə, cəzasız qalmayacaq. Bu şəxs müğənni, aktrisa da ola bilər, sıravi vətəndaş da. Əgər Pərvin Abıyeva da qaydanı pozubsa, cəriməsini ödəyəcək”.
Mənbə:> Yenicag.az