Azərbaycanda uşaqlarla bağlı qanun dəyişdirilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda uşaqlarla bağlı qanun dəyişdirilir

Azərbaycanda uşaqlarla bağlı qanun dəyişdirilir


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi son günlər uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı mətbuatda müzakirələr aparılmasına münasibət bildirib.

Oxu.Az komitənin saytına istinadən xəbər verir ki, bir neçə gün əvvəl mətbuatda Dövlət Komitəsinin bu məsələ ilə bağlı məlumatı düzgün şərh edilməyib.

Konstitusiyanın 7-ci maddəsinə əsasən ("Azərbaycan dövləti") Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Konstitusiyanın 17-ci maddəsinə əsasən (“Ailə, uşaqlar və dövlət”) cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığına zərər vurma hərəkətlərinin qarşısının alınması məqsədilə dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Uşaqların sağlamlığına zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu, birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır. Həmin maddəyə əsasən, uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Əks halda qanun pozuntusu qeydiyyata aldığı andan valideynlər öz hüquqlarında məhdudlaşa və ya ümumiyyətlə, valideyn hüquqları ləğv edilə bilər. Azərbaycan Respublikasının Ali qanununa, ölkə tərəfindən qoşulan beynəlxalq konvensiyalara əsasən uşaqlara qarşı zorakılıq və ayrı-seçkilik yolverilməzdir. Dövlət Komitəsi müvafiq dövlət qurumları ila birgə, xüsusilə də yalnış stereotipləri aradan qaldırılması sahəsi üzrə maarifləndirmənin gücləndirməsi istiqamətində iş aparır, risk altında olan ailələri hüquqşunaslarla və psixoloqlarla təmin edir, məktəblərdə və ali təhsil ocaqlarında müvafiq təlim-tədris proqramlarını keçirir. Hal-hazırda Komitənin regional mərkəzləri tərəfindən maarifləndirmə işləri gücləndirilir. Dövlət Komitəsi uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşı olduğunu bir də vurğulayır. Bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğunu nəzərə alaraq, valideyn məsuliyyəti artırılmalıdır və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir.

Prezidentin 1 İyun 2016-cı il tarixli, 2074 nömrəli Sərəncamına əsasən Komitə tərəfindən “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” Qanun layihəsi hazırlanıb. Qanun layihəsi uşaqların zərərli infromasiyadan qorunması, ölkə ərazisində informasiya məhsullarının yayılması ilə bağlı münasibətləri tənzimləyir. Uşaqların onlara zərər vuran informasiyadan qorunması üçün bu sahəyə dövlət nəzarətinin olması vacibdir.

Yuxarıdakıları nəzərə alaraq, Qanun layihəsinin qəbul edilməsi həmçinin kütləvi mərasimlərin təşkili zamanı uşaqların mənafeyinin üstün tutulması prinsipinə riayət olunmasına imkan verəcək. Qanun layihəsi Komitə tərəfindən Prezident Administrasiyasına təqdim edilib.

Yaxın vaxtlarda qanun layihəsinin Milli Məclisdə müzakirəsi gözlənilir. Müasir Azərbaycanda uşaqları onların sağlamlığına və inkişafına mənfi təsir edə biləcək kütləvi tədbirlərə cəlb edilməsi yolverilməzdir.

Dövlət Komitəsi valideynlərin bu məsələyə məsuliyyətlə yanaşmağa çağırır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *