Ağacan Abıyev: Telekanallar “18+”un izahını titrlə verməlidir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

Ağacan Abıyev: Telekanallar “18+”un izahını titrlə verməlidir

Ağacan Abıyev: Telekanallar “18+”un izahını titrlə verməlidir


“Uşaqların internet klublara getməsi nəzarət altında saxlanılmalıdır. Uşaq internet kluba gedir, pulunu ödəyir, istədiyinə baxır”.

Aznews.info-un Report-a istinadla xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı “Uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, uşaqların bu fəaliyyəti ilə maraqlanmaq lazımdır:

“Heç kim bilmir ki, uşaqlar internet klublarda nəyə baxır. Elə ailələr var ki, komputerdən anlayışı yoxdur, uşağa necə nəzarət edə bilər? Bunun üçün maarifləndirmə işləri aparmaq lazımdır. Telekanllarda maarifləndirici verilişlər hazırlanmalıdır. Çünki bu zərərli işlər uşaqların sağlamlığına və inkişafına ziyan vurur”.

Komitə üzvü Ağacan Abıyev telekanallarda yayımlanan verilişlərlə bağlı narahatlığını ifadə edib:

“Bəzi verilişlər “12+”, “18+” işarələri ilə yayımlanır. Bunun mənasını isə valideynlər bilmir. Ona görə də izahı verilməlidir. Telekanallar 5 manat artıq xərcləyib, bunun izahını titrlə verməlidir”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *